Azərbaycan boksçusu Ömər Aslanlı Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən Dünya kubokunun finalına yüksəlib.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, 54 kq çəkidə mübarizə aparan yığma üzvü yarımfinalda Tomas Boditsopoulosdan (Yunanıstan) üstün olub.
İlk raundda rəqib zədələndiyindən Aslanlı həlledici döyüşə vəsiqə qazanıb. O, finalda meksikalı Andrey Bonilya ilə üz-üzə gələcək.
Digər boksçularımızdan Məhəmmədəli Aşurəliyev (57 kq) yarımfinalda Yojander Drulletə (Kuba), Ziya Həsənov (71 kq) isə Tauan da Silvaya (Braziliya) məğlub olduğundan bürünc medalla kifayətləniblər. Nəticədə komandamızın heyətində fəxri kürsünün üçüncü pilləsinə qalxacaq yığma üzvlərinin sayı 5-ə çatıb.
Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirdə daha öncə Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc medala sahib olublar.
- "Mançester Yunayted" Altaya icazə verdi – Transferə yaşıl işıq
- "Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ
- İsmayıl Zülfüqarlı: “Çempion olsaq, ili uğurlu hesab edə bilərik” - MÜSAHİBƏ
- 2 sərbəst güləşçimiz qitə çempionatının finalına yüksəlib
- AVF hakimlər üçün seminar təşkil edib