
Daha bir braziliyalı futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Rafael Furtadonun qış fasiləsində ölkəmizə köçmək variantı yaranıb.
Bu ilin yanvarında ölkəsinin aşağı liqa təmsilçisi “Santa Kruz”a keçən 23 yaşlı forvardın müqaviləsi noyabrda başa çatacaq. O, klub rəhbərliyinin yeni sözləşmə təklifini rədd edib.
Gələn ayın sonunda azad agent statusu daşıyacaq Furtado “Botafoqo”nun maraq dairəsinə düşüb. Ancaq adıçəkilən klub onu U-23 komandasına cəlb etməyi düşünür. Forvardın eyni zamanda Azərbaycan klublarının da transfer gündəmində olduğu bildirilib.
Qeyd edək ki, Rafael Furtado “Atletiko Mineyro”nun yetirməsidir. O, Portuqaliyanın “Koimbra” və ABŞ-ın “Boston Siti” klublarında legioner həyatı yaşayıb.
- Rövşən Nəcəf: "Premyer Liqanın formatı və klub sayına yenidən baxılacaq"
- “Şamaxı”nın hazırlıq mərhələsində növbəti rəqibi bəlli olub
- "Sabah"ın sabiq baş məşqçisi iki oyunluq cəzalandırılıb
- AFFA klublara lisenziyalar təqdim edib
- Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun qarşılaşmaları keçiriləcək