"Neftçi" futbolçularının transferi ilə bağlı çıxan xəbərlər haqda bəyanat yayıb.
Apasport.az həmin bəyanatı təqdim edir:
"Son vaxtlar mediada futbolçularımızın başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır. “Neftçi” PFK olaraq bəyan edirik ki, bu cür xəbərlər həqiqəti əks etdirmir. Buna görə də media nümayəndələrindən bu cür xəbərləri dərc etməzdən əvvəl klubun mətbuat xidməti ilə dəqiqləşdirməyi tələb edirik. Əks halda, bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının nüfuzuna xələl gətirə bilər. Qış transfer dönəmində hər hansı futbolçumuz başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi olaraq klubun mətbuat xidmətindən əldə edə biləcəksiniz".
- Viktor Lindelöf: “Bu dəfə də qələbə qazanmaq istəyirik”
- Georgi Kondruseviç: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
- Azərbaycanlı mütəxəssis Qazaxıstan yığmasına baş məşqçi təyin olundu
- "Çelsi"nin kapitanı klubda qalmaq istəyir
- AFFA-nın yığmaya cəlb etmək istədiyi futbolçu Rusiya millisində