"Çelsi" derbidə də uduzdu
26.02.2023 - 19:34
İngiltərə Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, "Tottenhem" öz meydanında "Çelsi"ni qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Oliver Skipp və Hari Keyn Kepa Arisabalaqanın qoruduğu qapıdan keçirib.
Bununla da "Çelsi"nin qələbəsiz oyunlar seriyası 6-ya çatıb. Komanda son 3 oyundur ki, uduzur.
Qeyd edək ki, "Çelsi" 31 xalla 10-cu pillədədir.
- "Qarabağ"a siqnal, futbolumuza qazanc: "Sabah" yeni nəfəs gətirdi
- İspaniya Kuboku: "Barselona" və "Real"ın rəqibləri müəyyənləşdi
- Birinci hissədə rekorda imza atdı – tək zərbə ilə uduzdu
- Millimizin üzvü oynadı, komandası qələbə qazandı
- “Qarabağ” - “Neftçi”: Hər 2 komandada oynayanların SİMVOLİK “11-LİY”i
0
0