ÇL: "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb
18.06.2025 - 11:11
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqiblərinin sayı 4-ə düşüb.
"Qarabağ"ın mümkün rəqibləri I təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtilə saat 14:00-da başlayacaq.
- Sobozlai ən yaxşı adına layiq görüldü: İLK DƏFƏ
- Boksçumuzdan Avropa birinciliyində ikinci qələbə
- Andrey Lunyovun yeni klubu müəyyənləşdi
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
- "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur" - Mübariz Orucov
0
0