Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır
02.02.2024 - 10:59
Bu gün Fransanın paytaxtı Paris şəhərində Böyük Dəbilqə turniri start götürür.
Cüdo Federasiyasından apasport.az-a verilən məlumata görə, Paris Böyük Dəbilqə turnirinin ilk günündə 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günündə kişilər arasında 60 kq çəki dərəcəsində Nazir Talıbov və Əhməd Yusifov tatamiyə çıxacaq.
Turnir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, 3 gün davam edəcək yarışda ölkəmizi ümumilikdə 9 cüdoçu təmsil edəcək.
- Taekvondoçularımız beynəlxalq turnirdə 12 medal qazanıblar
- Azərbaycan kubokunun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq
- Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür etdi - VİDEO
- Avropa Oyunlarında iştirak edəcək şahmatçılarımız dəqiqləşdi
- Siyasət Əsgərov: “Ən kiçik səhv belə təhlükəlidir”
0
0