Azərbaycanlı futbolçulardan daha biri Türkiyəyə yol tuta bilər.
Apasport.az saytına verilən məlumata görə, Türkiyə birinci liqa təmsilçilərindən olan "Manisa" "Zirə"nin futbolçusu Rəhim Sadıxovla yaxından maraqlanır.
Eyniadlı şəhərin təmsilçisi Sadıxovun keçidini bu qış həll etməyi planlaşdırır. "Araz-Naxçıvan"ın da transfer siyahısında yer almış Rəhim sonda "Zirə"də qalıb. Ancaq onun "Manisa"nın təklifinə hansı cavabı verəcəyi hələ ki, bəlli deyil.
Qeyd edək ki, bu klub ötən həftə "Turan-Tovuz"dan Sərtan Taşkını transfer etmişdi. "Manisa" hazırda birinci liqada 11-ci pillədədir.
- Azərbaycan Taekvondo Federasiyasında uğur qazanan komandalarla görüş keçirildi
- Azərbaycanın U-21 yığması növbəti matça çıxacaq
- “Fənərbaxça” və “Qalatasaray” transfer yarışında- Hədəf: Salih Özcan
- Azər Bağırov: “Axır vaxtlar bir az emosional olmuşam”
- "Qarabağ"ın rəqibinin baş məşqçisi narazıdır: "9 top buraxmışıq"