“İndi izlədiyimiz “Napoli” azarkeşlərini heyrətləndirir və sevindirir. Çempionlar Liqasının qrup mərhələsində “Ayaks”la keçirilən ilk oyunla müqayisədə cavab görüşü asan olmadı və gözəl mübarizə alındı”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
66 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Napoli”nin “Ayaks” üzərində 4:2 hesablı qələbəsinə münasibət bildirib. O, neapolluların gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliyanı xüsusi fərqləndirib: “Azərbaycanda güclü futbolçular var. Lakin Kvaratsxeliya hər şeyə sahib olan oyunçudur. O, utancaq görünən, lakin əla xarakterə, qeyri-adi texniki keyfiyyətlərə malik olan və həmişə rəqibə üstünlük yaradan futbolçudur”.
Qeyd edək ki, A qrupunda keçirdiyi ilk 4 turda 12 xal toplayan “Napoli” 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
- "Mançester Siti" müdafiəçisini itirdi
- Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlanıb
- Cüdoçularımız DÇ-yə uğursuz start verdi
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb