Misli Premyer Liqasının XVI turunun "Araz-Naxçıvan" - "Şamaxı" matçından (2:0) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Ağır oyun alındı. Meydançada yaxşı mübarizənin şahidi olduq. "Şamaxı" da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandıq. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq".
- Felipe Santos: "Neftçi" ilk oyunda feyr-pleyə əməl etsəydi..."
- Yunanıstan-İtaliya matçı bu kanalda: TV Afişa
- Şeydayev sabah Türkiyədə olacaq
- La Liqada 2025/26 mövsümünün start tarixi məlum olub
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB