Elvin Məmmədov: “Çempionat onsuz da bizim üçün bitmişdi”
23.05.2025 - 22:07
Elvin Məmmədov: “Çempionat onsuz da bizim üçün bitmişdi”

Misli Premyer Liqasının XXXVI turunun "Səbail" - "Sumqayıt" matçından (1:4) sonra ev sahiblərinin baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Sumqayıt"ı təbrik edirəm. Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir. Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarıda "Sumqayıt" öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Çempionat onsuz da bizim üçün bitmişdi. Bundan sonrakı perioda baxacağıq".

- Bəzi futbolçuların heyətdə olmaması nə ilə bağlıdır?
- Gitay Sofirin ayağında bir az problem var idi. Risk etmədik. Həm də gənc futbolçu Oruca şans verdik. Pis də oynamadı.