Əməkdar məşqçi vəfat edib
09.10.2024 - 12:54
Azərbaycanın boks üzrə Əməkdar məşqçisi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov vəfat edib.
Apasport.az xəbər verir ki, o, 60 yaşında ürəktutmasından dünyasını dəyişib.
Q.Məhərrəmov Biləsuvar rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (Azərbaycan İdman Akademiyası) alıb. Dəfələrlə ölkə və beynəlxalq yarışlarda mükafatlar qazanıb. Yetirmələri dünya və Avropa çempionu olub. O, uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.
Allah rəhmət eləsin!
- “Sumqayıt” “Turan Tovuz”a qalib gəldi - YENİLƏNİB
- İtaliano Vlahoviçi “Beşiktaş”da görmək istəyir: Şəxsən görüşdü
- Zaur Həşimov: “Məğlubiyyətin bizə çox xeyri olacaq”
- Leao uğrunda İstanbul derbisi – Mendeş və Qardi iş başında
- Samir Əliyev yığmanın baş məşqçisi təyin olundu - Hakimlər Komitəsində yeni sədr
0
0