“İnanıram ki, "Qəbələ" də bizim kimi kuboku istəyir”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
31 yaşlı futbolçu “Qəbələ” ilə Azərbaycan kubokunun finalına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Ona görə də, təzyiq bizdə daha çoxdur. Eynidir təzyiq. Bütün komandalar titul qazanmaq istəyir”.
- "Neftçi"də davam, yoxsa tamam?
- Düşünməmişəm. Mənim üçün kubokun ilk finalıdır. Bütün konsentrasiyam oradır.
- "Neftçi" rəhbərliyinə cavabını nə vaxt deyəcəksən?
- Müqavilə o qədər problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki müqavilə məsələsi.
Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.
- Azərbaycanlı mütəxəssis məşqçilik kursunu uğurla başa vurub
- "Qarabağ" azarkeşlərinə görə ziyana düşdü
- I Liqa: Son turun təyinatları bəlli olub
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- “Neftçi” rəhbərliyi Banişevskinin məzarını ziyarət edib - FOTO