“Daha yaxşı oynayıb, çox xal yığa bilərdik”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.
Yığmanın kapitanı Millətlər Liqasının Qazaxıstanla sabah keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Potensialımız buna imkan verir. Bəzi görüşlərdə bacardığımızdan aşağı səviyyədə çıxış etdik”.
Yarımmüdafiəçi Trnavadakı görüşdəki döyüşkənliyi qeyd edib: "Bu, bizə kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirməmişdi, bəzilərində yaxşı oynamamışdıq. Qələbələr bizə inam verir. İnşallah, davamlı olacaq".
Emin millidə kapitan olduğu matçlarda qələbə qazanılması barədə sualı da cavablandırıb: "Maksim Medvedev və Qara Qarayev də bunu çox yaxşı yerinə yetirirdi. Sadəcə, belə oldu. Onunla heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, C liqasının 3-cü qrupunun son turunun Azərbaycan – Qazaxıstan matçı “Dalğa Arena”da baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.
- Stankoviçin “Neftçi”dən gedişinin və digər klubumuzun təklifindən imtinasının səbəbi - MÜSAHİBƏ
- İdmançılarımız Paris-2024-ün açılışında yallı rəqsi oynadılar - VİDEO
- Azərbaycan güləşçisi AÇ-dən diskvalifikasiya olundu
- Van Qal Belçika yığması haqda: “Həyat yoldaşımı inandırmalıdırlar”
- "Araz-Naxçıvan" iki oyunçusu ilə müqavilə müddətini uzatdı