La Liqa təmsilçisi “Barselona”nın oyunçusu Ansu Fatinin gələcəyinin qeyri-müəyyən olaraq qalması müzakirə mövzusu olaraq qalır.
Apasport.az “TodoFichajes”ə istinadən xəbər verir ki, “Barselona”nın yetirməsi “Brayton”da icarə əsasında çıxış edir və Premyer Liqa klubu Fatini öz sıralarında saxlamaq istəyir.
Bundan başqa 21 yaşlı futbolçu ilə “Valensiya” da maraqlanır. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan ispan klubu agent Xorxe Mendeşlə əlaqə saxlayır. Lakin "Barselona" Fatinin “Brayton”da oynamaq variantından məmnundur.
Qeyd edək ki,“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
- "Bayer" bildiyimiz kimi: Fantastik geridönüş
- Şota Arveladze istefa verdi
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
- Azərbaycanın sambo əfsanəsi Əbülfəz Əliyevə həsr olunmuş tədbir keçirilib - VİDEO
- Azər Bağırov: "Meydana qələbə qazanmaq üçün çıxmışdıq"