Felipe Santos Premyer Liqada 100-cü oyununu keçirib
01.12.2025 - 10:25
Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, braziliyalının yubileyi XIII tura təsadüf edib.
O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.
Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.
Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.
- “Tottenhem”in müdafiəçisi Super Liqa klublarının hədəfində
- “Fənərbaxça” son dəqiqədə xal itirdi: Qapıçıdan inanılmaz səhv
- “Neftçi” və “Beşiktaş” rəhbərləri arasında görüş keçirildi
- Çalov “Qalatasaray” və “Fənərbaxça”nın hədəfində
- Qəbələ-Xankəndi ultramarafonunun qalibi: “Dünya bu gözəllikləri görməlidir”
0
0