Türkiyə nəhənglərinin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, həm “Qalatasaray”, həm də “Fənərbaxça” Çempionlar Liqasında mübarizə aparır.
Mübarizəyə pley-off mərhələsindən qoşulan “sarı-qırmızılar” İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək.
Turnirin 3-cü təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Fənərbaxça” isə rəqibini keçəcəyi təqdirdə, “Slavia Praqa” – “Yunion SJ” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları 20-21 avqustda, cavab görüşləri isə 27-28 avqustda keçiriləcək.
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Erik ten Haq Kimdir? "Mançester Yunayted"in Uğursuzluğunun Qurbanı
- Vanhazebruk: "Qarabağ"ın etdiyini biz edə bilmirik"
- Yeqor Titovun Superkubok PROQNOZu
- Bədavi Hüseynov: "Sabah əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik"