İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "narkotik maddə əldə etmək" və "narkotik maddənin istifadəsinə şərait yaratmaq" ittihamları ilə ifadə verməyə çağırılan "Fənərbaxça" klubunun prezidenti, iş adamı Sadettin Saran sərbəst buraxılıb.
Apasport.az xəbər verir ki, Saran İstanbul Baş Prokurorluğunda təxminən 2 saat ifadə verib.
Qan və saç nümunəsi götürülməsi üçün Tibb İnstitutuna göndərilən iş adamı prosedurların ardından yenidən məhkəməyə gətirilib. O, xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Saran sərbəst buraxıldıqdan sonra "Eyüpspor" – "Fənərbaxça" oyununun ikinci hissəsində stadiona daxil olaraq komandasını dəstəkləyib.
- "Tottenhem"dən qovulmuşdu - İTALİYA MİLLİSİNƏ RƏHBƏRLİK EDƏ BİLƏR
- Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazandı - FOTOLENT
- Kurban Berdıyev: "Təəssüf ki, o səhvi biz buraxdıq"
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- "Qəbələ” də təlim-məşq toplanışına başlayıb