Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb
31.03.2025 - 21:24
Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.
Apasport.az xəbər verir ki, o, II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qeyd edək ki, qrupun oyunları Moldovada təşkil olunacaq.
- Jorj Kaşkilya: “Sona qədər mübarizə apardıq”
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- “Ximki” Ayaz Quliyevə görə “Neftçi”yə qiymət “oxudu” - 700 min avro
- Fyüri rinqə qayıdır: İBRAHİMOVİÇLƏ QARŞILAŞACAQ
- Rəşad Sadıqov: “Bu mövsüm məni ən çox razı salan oyunumuz idi” - VİDEO
0
0