AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasimində iştirak ediblər.
Apasport.az xəbər verir ki, UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin qatıldığı konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.
Konfransda, həmçinin, müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib. UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.
- “Sumqayıt” və “Kəpəz” futbolçuları üçün seminar keçirildi
- Harri Keyn “Tottenhem”in tarixinə düşdü – YENİ REKORD
- Amil Ramazanov: "Yarış mənim üçün gərgin və maraqlı keçdi"
- "Fənərbaxça" Bundesliqada çıxış edən futbolçunu istəyir
- "Turan Tovuz"un zədəli müdafiəçisi: "Azarkeşlər mənə çox böyük güc verdi"