Fərrux Mahmudov:"Mutu çox böyük işlər görəcək”
26.10.2023 - 14:44
"Son vaxtlar şayiələr gəzir ki, "Neftçi" baş məşqçisini dəyişəcək. Amma bizim belə fikrimiz yoxdur. Biz Adrian Mutuya güvənirik".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov deyib.
Yeni idman direktorunun təqdimat mərasimində iştirak edən Mahmudov komandanın baş məşqçisi Adrian Mutudan razılığını bildirib: “Əlbəttə, tənqid olmalıdır. Amma baş məşqçi kluba 3 aydır gəlib. Biz Mutunun təcrübəsinə inanırıq. Əminik ki, komanda üçün çox böyük işlər görəcək. Biz onun fəlsəfəsinə əminik".
- “Qalatasaray”dan mükəmməl başlanğıc: ardıcıl 5-ci qələbə
- “Yuventus”un üzvü İngiltərə yolunda
- Boksçularımız Tacikistan yığması ilə sınaq döyüşləri keçiriblər
- Paris-2024: Bürünc medal qazanan paralimpiyaçımız mükafatlandırılıb - FOTO
- Aleksandr Çertoqanov: “Nəticələrə millinin baş məşqçisi cavabdehdir”
0
0