Final və III yer uğrunda oyununun yeri müəyyənləşib
15.05.2025 - 22:26
AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və III yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.
İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək.
Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.
Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.
- Qurban Qurbanov 13-cü dəfə ilin məşqçisi seçildi
- Kəmaləddin Heydərov Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb - FOTO
- Millimiz İspaniyaya yollanır
- "Liverpul" və "Mançester Yunayted" braziliyalı uğrunda mübarizə aparır
- Güləşçimiz Avropa çempionatının finalına yüksəlib
0
0