Fransa 24 ildən sonra yarımfinala yüksələ bilən son dünya çempionu olub
11.12.2022 - 02:14
Fransa millisi mundialın 1/4 finalında İngiltərəni məğlub etməklə 7-ci dəfə yarımfinala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 1982 və 1986-cı illərdə keçirilmiş mundiallardan sonra "xoruzlar" ardıcıl 2-ci dəfə yarımfinala adlaya bilib.
Həmçinin, Fransa millisi 1998-ci ildən sonra dünya çempionatının yarımfinalına yüksələ bilən hazırkı çempion olub. Bunadək DÇ-1998-ci ildə son çempion Braziliya yarımfinala və finala yüksələ bilmişdi.
Qeyd edək ki, Fransa dekabrın 14-də finala çıxmaq üçün Mərakeşlə qarşılaşacaq.
- III MDB Oyunlarının medal sıralaması: Liderlər öz yerlərini möhkəmləndiriblər
- Bakı klubu kapitanı ilə yollarını ayırıb
- “Qalatasaray”la “Beşiktaş”dan Azərbaycan millisinə
- Mourinyo komandasına ispaniyalı forvard transfer etmək istəyir
- DÇ-2026-nın final hakimi karyerasını başa vurdu – Vinçiç fitini asdı
0
0