"Qarabağ"da daha bir ayrılıq baş verməyə yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Redon Cica komandanı tərk etmək üzrədir.
O, ən gec halda mövsümün sonunda klubla yollarını ayıracaq. Buna səbəb albaniyalı futbolçunun "Qarabağ"da xoşbəxt olmamasıdır.
Hücumçu az forma şansı qazanmasından narazıdır. Adının Avropa Liqasının işirak ərizəsinə salınmamasından sonra onun qərarı daha da qətiləşib.
Hazırda ölkəsinin klublarından təklifləri olan Cica böyük ehtimalla mövsümün sonunu gözləyəcək.
Qeyd edək ki, forvard "Qarabağ"a 2023-cü ilin yanvarında qoşulub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- MMA üzrə dünya çempionatı: İdmançılarımızdan 1 gümüş, 1 bürünc
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- Şahin Diniyev: “0:4 hesablı məğlubiyyət “Neftçi” üçün dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ
- “Formula-1”: Azərbaycan Qran-prisi start götürür - AFİŞA
- “Sabah” yenə məğlub oldu