II Liqa klubunun yeni baş məşqçisi bəlli olub
25.10.2025 - 14:35
II Liqa klubunun yeni baş məşqçisi bəlli olub

Azərbaycan II Liqasında çıxış edən "Şəmkir" müvəqqəti yeni baş məşqçisinin adını açıqlayıb.

Apasport.az xəbər verir ki, Vüqar Nadirovla qarşılıqlı razılaşma əsasında yollarını ayıran qərb təmsilçisini onun köməkçisi olmuş Kamran İsmayılov çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandaya qarşıdakı turlarda İsmayılov rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.

Qeyd edək ki, "Şəmkir" çempionatda geridə qalan 6 tura 9 xal toplayıb.