II Liqa: V tura yekun vurulub
29.09.2026 - 19:24
II Liqa: V tura yekun vurulub

Futbol üzrə Azərbaycan II Liqasında V tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

"Dinamo" öz meydanında "Marafon"u qəbul edib. Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.

"Qaradağ Lökbatan" isə səfərdə "Difai"yə 4:2 hesabı ilə qalib gəlib.

II Liqa
V tur
29 sentyabr

"Dinamo" - "Marafon" 0:3
Qollar: 
M.Caniyev, 4, Ü.İbazadə, 46, Ə.Ələkbərli, 77

"Difai" - "Qaradağ Lökbatan" 2:4
Qollar: 
A.Qaracayev, 41, E.Qurbanov, 78 - T.Axverdiyev, 10 (pen), Ə.Əlizadə, 82, S.Allahquliyev, 85, Ə.Hacılı, 90