III MDB Oyunları: Azərbaycan stend atıcılığında daha üç medal qazandı
30.09.2025 - 17:29
Bu gün Qəbələdə III MDB Oyunları çərçivəsində stend atıcılığı üzrə yarışlar davam edib.
Apasport.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan idmançıları daha üç medal qazanıblar.
Kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov III MDB Oyunlarının gümüş medalını qazanıb, qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub.
Səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti də bürünc mükafata sahib çıxıblar.
- Ramos “Neftçi”dəki həmyerlisini təriflədi: “Mudo onu yaxşı bacarır”
- Azər Bağırov: "Qəbələ" ilə matçda futbolçular yaxşı mübarizə apardılar"
- Premyer Liqa klubu Türkiyəyə yollanacaq
- AVF prezidenti Qax OİK-də keçirilən təlim-məşq toplanışında iştirak edib
- AL: "Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB
0
0