III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir
23.04.2025 - 12:33
III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir

 

Azərbaycanda keçiriləcək III MDB Oyunları üçün Könüllü Proqramına start verilib.

Apasport.az xəbər verir ki, bu barədə yarışla bağlı təşkil olunmuş mətbuat konfransında bildirilib.

Həmçinin, proqram çərçivəsində paytaxt Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün III MDB Oyunlarına cəlb olunması gözlənilir.

Qeyd edək ki, bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarrifləndirici görüşlər keçirilir. Əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafına, onların beynəlxalq müstəvidə təcrübə və biliklərinin artmasına dəstək olmaqdır.