“Qəbələ”nin futbolçusu İlkin Qırtımovun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi 32 yaşlı müdafiəçinin səhhətinin yaxşı olduğunu açıqlayıb.
Yeni transfer Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la Macarıstanda keçirilən matçda ciddi təhlükə yaşayıb. Rəqiblə toqquşaraq dili qatlanan və dərhal xəstəxanaya aparılan Qırtımovun vəziyyəti indi yaxşıdır və o, komanda ilə birlikdə Vətənə qayıdır.
Qeyd edək ki, “Fehervar” – “Qəbələ” oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə keçiriləcək.
- ABL: NTD "Abşeron"a, "Lənkəran" "Gəncə"yə məğlub olub - YENİLƏNİB
- Xorvatiya - Azərbaycan matçının təyinatları açıqlanıb
- Yüksək Liqa: VIII tura yekun vurulacaq
- AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib
- Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"