"İmişli" klubunda kadr dəyişiklikləri olub.
Apasport.az xəbər verir ki, bunu bölgə təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Ruhid Usubov klubun əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. Usubov "İmişli" I Liqada çıxış edərkən əsas komandanın baş məşqçi kimi çalışıb.
Vüqar Əsgərli klubun U-19 komandasını çalışdıracaq. O, müxtəlif dövrlərdə “Qarabağ”-ın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı”nın baş məşqçisi kimi çalışıb. Bundan başqa, Azərbaycanın U-19 qadınlardan ibarət milli komandasının baş məşqçisi olub.
Rövşən Babayev isə klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub. UEFA "A" kateqoriyalı məşqçi lisenziyasının sahibi olan mütəxəssis müxtəlif yaş qruplarında futbolçuların hazırlanması, akademiya idarəçiliyi və peşəkar komandaların məşqçi korpusunda çalışması ilə seçilib. O, karyerası ərzində "Sabah", "Simurq", "İnter", "Sumqayıt", "Xəzər" və digər klublarda uğurla fəaliyyət göstərib.