Konfrans Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək “Fehervar” (Macarıstan) – “Sumqayıt” oyunundan öncə “kimyaçılar”ın futbolçusu Rövlan Muradov jurnalistlərin suallarını cavablandırdı.
Apasport.az xəbər verir ki, cinah oyunçusu media nümayəndələri ilə görüşdə bunları söylədi…
– İlk oyun keçmişdə qaldı. Düşünürəm ki, əlimizdən gələnin maksimumunu komanda şəklində meydanda qoymalıyıq. Baş məşqçimiz də bizə inanır. Düşünürəm ki, ağır oyun olacaq, amma əlimizə düşən imkanlardan maksimum yararlanmağa çalışacağıq.
– “Sumqayıt”ın mərhələ keçməsinə inanlar da az deyil. Bu durum komanda üzərində təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?
– İnam qələbənin yarısıdır. Bizə dəstək olanlara, inananlara təşəkkür edirəm. Bu sözlər mənə də əlavə motivasiya verdi. Komanda yoldaşlarıma da bunu deyəcəm. İnşallah, sevinən tərəf biz olarıq.
- Lukaku “İnter”də qalacaq
- Azərbaycan Kuboku: 4 komanda 1/8 finala yüksəldi - YENİLƏNİB
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- Tedesko Belçika millisi ilə yeni müqavilə imzalayır
- Bojoviç Azərbaycan çempionatlarında işləyən 62-ci əcnəbi baş məşqçidir