İsveç - Azərbaycan matçının təyinatları bəlli olub
16.11.2024 - 13:37
Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Solna şəhərindəki “Strouberri Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Pavel Raçkovskiyə Radoslav Sieyka, Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 19-da reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
- “Barselona” Torresə əvəzləyici tapdı
- Elbrus Məmmədov: "İndi futbolçu 5 manat artıq pula görə...” - Müsahibə
- Merih Demiral qərar verib: Səudiyyə Ərəbistanında qalacaq
- Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ
- Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb
0
0