İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki turunda Slovakiya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan komandasına qarşı evdə baş tutacaq matçlara 23 futbolçu dəvət edib.
Qapıçılar: Viktor Yohansson (“Stok Siti”, İngiltərə), Kristoffer Nordfeldt (AIK), Yakob Videll Zetterström (“Derbi Kaunti”, İngiltərə);
Müdafiəçilər: Qabriel Qudmundsson (“Lill”, Fransa), İsak Hien (“Atalanta”, İtaliya), Emil Kraft (“Nyukasl”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), Ken Sema (“Uotford”, İngiltərə), Erik Smit (“Sankt Pauli”, Almaniya), Karl Starfelt (“Selta”, İspaniya), Daniel Svensson (“Nordsyelland”, Danimarka);
Yarımmüdafiəçilər: Yasin Ayari (“Brayton”, İngiltərə), Lukas Berqvall (“Tottenhem”, İngilərə), Uqo Bolin (“Malmö”), Niklas Eliasson (AEK, Yunanıstan), Emil Forsberq (“Nyu York Red Bullz”, ABŞ), Yesper Karlström (“Udineze”, İtaliya), Uqo Larsson (“Ayntraxt”, Almaniya), Sebastian Nanasi (“Strasburq”, Fransa), Anton Saletros (AIK);
Hücumçular: Viktor Qyökereş (“Sportinq”, Portuqaliya), Alexander İsak (“Nyukasl”, İngiltərə), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə).
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da keçiriləcək.
- Roman Qriqorçuk: “İnana bilmirəm ki, başıma bunlar gəlir”
- Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim"
- Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər - FOTO
- "Mançester Siti" və "Bavariya" türkiyəli futbolçu üçün yarışacaq
- “Barsa” Braziliya millisinin üzvü ilə müqavilə yeniləyəcək