İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
23.12.2025 - 17:55
İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək

Futbol üzrə İtaliya Superkuboku tezliklə ənənəvi formatına qayıdacaq.

Apasport.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Ezio Simonelli "Italia 1" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, növbəti mövsümdən etibarən yenidən A Seriyasının çempionu ilə İtaliya Kubokunun qalibi arasında tək matçda kubokun sahibi müəyyənləşəcək.

Qeyd edək ki, Superkubok 2023-cü ildən dörd komandalı formatda keçirilir. "Napoli" ötən gün "Bolonya"nı məğlub edərək titula sahib çıxıb.