"İmişli" Misli Premyer Liqasının 15-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf "İmişli" idi. Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız 1 qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq. İkinci hissədə də komandam istəkli idi. Hücum qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil".
- Dünya kubokunun mərhələlərinin sayı artırılıb
- İqor Mitreski: "Bugünkü gündə mənim üçün "Qarabağ" "Şkendiya" ilə görüşlərin favoritidir"
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- Ayxan Abbasov: “Futbolçuların peşəkar yanaşması məni sevindirir"
- Maksim Medvedev: “Qarabağ” mənim həyatımdır”