“Qarabağ”ın futbolçusu Juninyonun son durumu bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını “Flamenqo”da davam etdirəcək.
Tərəflər hücumçunun transferi barədə razılığa gəlib. Forvard A Seriyası təmsilçisi ilə 2027-ci ilin dekabrına qədər müqavilə imzalayacaq.
Ağdam klubu bu keçiddən 5 milyon avro qazanacaq.
“Qarabağ”ın “Kəpəz”lə keçirdiyi yoldaşlıq görüşündə (5:1) Juninyo ehtiyatda qalıb. Buna səbəb “Flamenqo” ilə danışıqların davam etməsi olub.
Braziliya təmsilçisi futbolçunun mövsümöncəsi təlim-məşq toplanışında iştirak etməsi üçün onu ABŞ-a aparmaqda qərarlıdır. Bildirilir ki, bu səbəbdən A Seriyası klubu Juninyo transferini açıqlamağa tələsir.
Onun “Flamenqo”nu seçməsində əsas faktor isə komandanın baş məşqçisi Felipe Luizin zəngi olub. Mütəxəssis hücumçunu yanına dəvət edib.
Qeyd edək ki, Juninyo ilə “Sevilya” da yaxından maraqlanırdı.
- "Neftçi"nin sabiq prezidenti UEFA-dan təyinat alıb
- "Bavariya" Almaniya millisinin oyunçusunu almaqdan imtina edib
- Azər Bağırov: “Cavab matçında daha fərqli oynamağa çalışacağıq”
- Türkiyədə döyülən hakimə növbəti hücum: Ərəbləri də çilədən çıxardı
- “Kocaelispor”un baş məşqçisi: "Ramilin fiziki hazırlığı tam deyil"