Juninyo: "Braziliyada olduğum üçün çox xoşbəxtəm" - VİDEO
14.01.2025 - 09:36
Xəbər verdiyimiz kimi, "Qarabağ"dan Braziliyanın "Flamenqo" klubuna keçən Olavio Juninyo Braziliyaya yollanıb.
Apasport.az xəbər verir ki, 28 yaşlı forvard Rio-de-Janeyrodakı hava limanında klub rəsmiləri və azarkeşlər tərəfindən qarşılanıb.
Juninyo burada vətəninə qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:
"Burada olduğum üçün çox xoşbəxtəm".
28 yaşlı hücumçu bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.
"Qarabağ" bu transferdən 5 milyon avro qazanacaq. "Flamenqo" həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.
- Bu gün Yüksək Liqanın yarımfinal mərhələsi start götürəcək
- "Sumqayıt"ın kubok matçına biletlər satışa çıxarılıb
- Tarixdə 3-cü: Messi 100 qol səddini keçdi
- "Qarabağ"ın prezidenti: Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq
- "Neftçi"nin yarımmüdafiəçisi XXI əsrdə bunu bacaran 10-cu futbolçu oldu
0
0