Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun mükafatçıları müəyyən olunub.
Apasport.az-ın məlumatına görə, fəxri mükafatı norveçli Maqnus Karlsen qazanıb.
Dünya şahmatının lideri finalda hindistanlı həmkarı Rameşbaba Praqnandxaya qalib gəlib. İlk iki oyun heç-heçə bitdiyindən ən güclü tay-brekdə bəlli olub. İki partiyadan ibarət mübarizədə Karlsen 1,5:0,5 hesabı ilə qələbə qazanaraq, Dünya Kubokuna sahib çıxıb.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə Azərbaycan təmsilçisi Nicat Abasov amerikalı şahmatçı Fabiam Karauna ilə ilə üz-üzə gəlib. İki oyundan sonra hərəyə bir qələbə qazanan tərəflər tay-brekdə yarışıblar. Bu zaman daha güclü olan Karuana bürünc medal qazanıb. Nicat turniri dördüncü pillədə başa vurub.
- 2 boksçumuz Avropa çempionu olub, 2-si bürünc medal qazandı
- İsveç millisinə yeni baş məşqçi təyin edildi
- Basketbolçularımız Avropa çempionatında yarımfinal görüşlərinə çıxacaq
- Ronaldo ardıcıl 22-ci ildir qol vurur - FOTOLENT
- Tovuzda məhsuldar sülh, “Sumqayıt” Premyer Liqada yerini qorudu - YENİLƏNİB