Karluş Keyruş istefa verdi
30.11.2022 - 17:47
İran millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.
Apasport.az saytı xəbər verir ki, bunu portuqaliyalı mütəxəssis özü açıqlayıb.
Təcrübəli çalışdırıcı Qətərdə keçirilən dünya çempionatında qrupdan çıxa bilmədikləri üçün vəzifəsindən ayrıldığını bildirib.
Qeyd edək ki, DÇ-2022-nin B qrupunda yer alan İran yığması İngiltərəyə 2:6, ABŞ-a 0:1 hesabı ilə məğlub olub, Uels üzərində 2:0 hesablı qələbə qazanıb. Komanda 3 xalla qrupu 3-cü yerdə başa vurub və mundialla vidalaşıb.
- Naxçıvanda UEFA C kursu keçirilir - FOTO
- "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib - YENİLƏNİB
- "Qalatasaray" rəsmisi "Səbail" - "Qarabağ" oyununu izləyib - FOTO
- Çingiz Hüseynzadə: "Sürpriz idman növləri üçün lisenziya şanslarımız davam edir"
- Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa təyinat alıb
0
0