"Karvan-Yevlax"ın qapıçısı "Şirvan"da
15.07.2026 - 11:40
"Karvan-Yevlax"ın qapıçısı "Şirvan"da

"Şirvan" növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bölgə klubu "Karvan Yevlax"ın qapıçısı Əmrah Buludla anlaşıb.

Onunla bir illik müqavilə imzalanıb.

“Şirvan” yeni mövsümdə II Liqada mübarizə aparacaq. Bundan əvvəl klub millimizin sabiq forvardı Amil Yunanovla müqavilə imzalamışdı.