"Çox çətin oyun oldu. Görüş gərgin mübarizə şəraitində keçdi".
Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.
"Karvan"ın baş məşqçisi "İmişli" ilə matçı dəyərləndirib: "Oyun içərisində hər şey var idi. Uda da bilərdik, uduza da. Hesabı biz açsaq da, məğlub duruma düşdük. Buna baxmayaraq matçdan qopmadıq. Özümüzü toparlaya bildik. Futbolçularım xarakter göstərdilər. Əzmkar qələbə qazandıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Möhtəşəm dəstəkləri sayəsində oyunçuların ab-havasını yüksək tutdular. Layiqli 3xal qazandıq".
Qeyd edək ki, I Liqanın V turunun "Karvan" - "İmişli" matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 3:2.
İsmayıl Xeyrullayev
- "Milan" futbolçularından analarına jest
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib
- Murat Dikmen: "Yarımfinalın daha sərt keçəcəyini düşünürəm"
- "Barselona" Levandovskini Ukrayna millisinin futbolçusu ilə əvəz edə bilər