“Kəpəz” 350-yə çatdı
13.04.2026 - 10:36
Misli Premyer Liqasının XXVII turu “Kəpəz” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib.
Bu yubiley “Karvan-Yevlax”la matça təsadüf edib.
“Kəpəz” rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.
“Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.
- 28 il sonra komandalar mundialda 9 xal toplaya bilməyib
- "Çelsi"nin yarımmüdafiəçisi "Milan" yolunda
- “İdman həftəsi” çərçivəsində daha bir turnir keçirilib
- “Qarabağ” “Neftçi”ni, Qurban Qurbanov Mehman Allahverdiyevi keçdi
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
0
0