"Kəpəz" daha bir futbolçu ilə vidalaşıb
29.06.2025 - 11:14
"Kəpəz" daha bir futbolçu ilə vidalaşıb

"Kəpəz" daha bir futbolçusu ilə yolları ayırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tural Rzayevlə başa çatan müqavilə yenilənməyib.

"Kəpəz"in yetirməsi olan Rzayev komandada 2015-2016-cı illər mövsümdə debüt edib. O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib. Bu müddətdə o, 122 oyuna çıxıb və 1 qol vurub. 

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko,  Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yolları ayırıb.