"Kəpəz"in bir neçə gün əvvəl yollarını ayırdığı Redon Mihana özünə yeni komanda tapıb.
Apasport.az saytına verilən məlumata görə, futbolçunun Azərbaycanda qalmaq ehtimalı da olub.
Belə ki, Premyer Liqa klublarından biri təklif göndərsə də, maliyyə məsələsində albaniyalını razı salmaq mümkün olmayıb.
Ona görə də, o, ölkəmizi tərk edərək Maltaya yollanıb. Mihana bu ölkənin iddialı klublarından sayılan "Hamrun Spartans"la müqavilə imzalayıb.
"Kəpəz"in yollarını ayırdığı albaniyalı 2025-ci il iyunun 30-na qədər "Hamrun"da oynayacaq.
Qeyd edək ki, o, Gəncə təmsilçisinin heyətinə ötən yay qoşulub. Hücumçu bu müddətdə 4 matça çıxıb.
- Şahmatçılarımız “Çempionların savaşı”nda qalib gəliblər
- Avarçəkənimiz “Prezident Kuboku 2024”-də qızıl medal qazanıb
- Rusiya və Belarus Asiya Oyunlarına dəvət edildi
- Koffidən gözlənilən hərəkət: Azarkeşlərdən üzr istədi
- Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə