"Kəpəz" ilk oyununu Bakıda keçirə bilər - SƏBƏB
15.07.2022 - 15:17
“Gəncə stadionunda bir ay əvvəl nümayəndəmiz olub, çatışmazlığı rəhbərliyə deyib”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi zamanı deyib.
Musayev bildirib ki, mövsümün startına qədər Gəncə şəhər stadionu hazır olmalıdır: “AFFA rəhbərliyi də məsələdən xəbərdardır. Əgər mövsümün startına qədər çatdırmasalar, o zaman "Kəpəz"dən ilk turun oyununun başqa stadionda keçirilməsi tələb olunacaq. Bu, “Dalğa Arena”da da ola bilər, başqa stadionda da”.
- Avropanın ən yaxşı müdafiə olunan komandaları bəlli olub - "Qalatasaray"...
- Konfrans Liqasının ilk matçında "Zirə"dən darmadağın - VİDEO
- Avropa Oyunları gündəliyi: İdmançılarımızın Krakov sınağı
- Məhəmməd Abdullayev beynəlxalq turnirin yarımfinalında
- Jorj Kaşkilya: "Məqsədimiz hər oyunda xal qazanmaqdır"
0
0