"Kəpəz" legioneri ilə yollarını ayırır
24.10.2023 - 12:33
“Kəpəz” legionerlərdən biri ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Vladislav Vasilyuçekə ehtiyac duymaya bilər.
Buna səbəb isə komandaya Portuqaliyadan İqor Rodriqesin cəlb olunmasıdır. “Benfika”nın sabiq qapıçısının gəlişindən və belaruslu qolkiperin bu mövsüm meydana çıxdığı görüşlərdəki səhvlərindən sonra onun “Kəpəz”dən göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, 29 yaşlı qapıçı yayda “Slutsk”dan ayrılaraq “Kəpəz”ə keçmişdi.
- “Barselona”nın “Kamp Nou”ya qayıdış tarixi açıqlanıb
- “Qarabağ”ın həkimi: “Lunyov qarşıdakı matçda oynaya bilər”
- Millinin təlim-məşq toplanışında iştirak edəcək futbolçular bəlli oldu
- İdman jurnalistləri arasında intellektual turnir keçirilib
- Ayxan Abbasov: "Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir"
0
0