“Oyunda bir az çətinlik çəkdik”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Xorxe Silva “Karvan-Yevlax”la oyundan (1:0) sonra deyib.
Portuqaliyalı müdafiəçi real qol epizodlarından yetərincə istifadə edə bilmədiklərini bildirib: “Lakin qələbə qazanmağı bacardıq. Bir çox real qol vəziyyətlərimiz oldu. "Kəpəz" və "Sumqayıt"la görüşlərdə də bir çox epizoddan istifadə edə bilməmişdik. Bunlar üzərində işləyirik. Daha çox dəqiqlik lazımdır”.
29 yaşlı futbolçu komandanın hər zaman qələbə məqsədi ilə meydana çıxdığını vurğulayıb: “Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əsas məqsədimiz qalan matçlarda qalib gələrək turnir cədvəlində ən yüksək pillələrdən birini tutmaqdır”.
İSRAYIL XEYRULLAYEV
- Azərbaycan Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatdı - YENİLƏNİB
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Hüseyn Yüceldən şok iddia: "Serdal Adalı sponsorluq üçün anlaşdığımız şirkətin müdirini təhdid edib"
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- "Qarabağ"ın U-19 komandasının oyununu çexiyalı hakim idarə edəcək