“Kəpəz”də ciddi itki
31.10.2026 - 13:49
“Kəpəz”də ciddi itki

"Kəpəz"in heyətində itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək.

Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub.

Qeyd edək ki, "Kəpəz" - "İmişli" görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.