"Kəpəz"in futbolçusu komanda ilə məşqlərə başlayıb
02.11.2024 - 11:28
"Kəpəz" klubunun uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev komanda ilə məşqlərə qoşulub.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi 10 gün fərdi şəkildə çalışdıqdan sonra kollektivə qatılıb.
Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamasına icazə verilib.
Qeyd edək ki, Elmir Tağıyev ötən mövsümdən "Kəpəz"in formasını geyinir. Gəncə klubu sabah Misli Premyer Liqasının XII turunda "Səbail"lə üz-üzə gələcək.
- “Roma” “Fənərbaxça” oyununa xüsusi forma ilə çıxacaq – Nepala yardım üçün
- Rüstəm Əliyev: "Hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”
- Berdıyev onu komandasında istəyir - Özəl
- Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
- Con van den Brom: “Bunun sayəsində qələbə qazandıq”
0
0