"Kəpəz"in futbolçusunun cəzası dəyişdirildi
29.04.2025 - 18:51
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda “Kəpəz”ın Gənclər Liqasında çıxış edən U-19 komandasının futbolçusu Amur Yusifovla bağlı şikayətinə baxılıb.
Gəncə təmsilçisinin apellyasiyası qismən təmin edilib.
“Qarabağ”la matçda rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması barədə qərar dəyişdirilib. 3 oyunluq cəzanın 1 matçı şərti tətbiq ediləcək. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 23-ü hesaba alınıb.
- AFFA "Neftçi"nin prezidentini cəzalandırdı
- WMF və EMF rəhbərliyi Bakıdakı idman kompleksləri ilə tanış oldular
- Güləşçilərimiz “Zaqreb Open”in ilk gününü 5 medalla bitirib
- Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Azərbaycana gələcək
- Peter Ademo: "Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq"
0
0