Bu mövsüm "Kəpəz"dəki performansı ilə diqqətləri üzərinə çəkən Giorgi Papunşaviliyə Azərbaycan Premyer Liqasında maraq göstərən komandaların sayı artmaqdadır.
Apasport.az saytına verilən məlumata görə, gürcü futbolçu "Səbail" və "Zirə"nin maraq dairəsindədir.
Hər iki komanda onu yeni mövsüm üçün heyətində görmək istəyir. Amma onun hazırkı komandası olan "Kəpəz" də yarımmüdafiəçi ilə müqavilə müddətini artırmağı planlaşdırır.
Qeyd edək ki, buna qədər 28 yaşlı futbolçu "Dinamo"(Tbilisi), "Saraqosa", "Verder"(Bremen), "Apollon"(Limassol0, "Radniçki Niş", "Torpedo"(Kutaisi), "Samtrediya", "Telavi" komandalarında da oynayıb.
- “Fənərbaxça” - “Beşiktaş” matçının baş hakimi müəyyənləşib
- Elşad Əhmədov: “Xankəndi şəhərində elə “Xankəndi” komandası yaradılmalıdır” - Müsahibə
- “Çelsi” darmadağınla yarımfinalda
- Kriştiano Ronaldonun Karyerasından Unudulmaz 10 An
- Murad Allahverdiyev: “Ən əsası ermənini məğlub edərək medalı təmin etdim”